Sona Vəliyevanın ‘Arazbarı’ şeirlər kitabı İranda nəşr olunub - FOTO

Sona Vəliyevanın ‘Arazbarı’ şeirlər kitabı İranda nəşr olunub - FOTO
Bütün Xəbərlər
17:03 17.07.2014
1398

Filologiya üzrə fəlsəfə doktoru, şairə Sona Vəliyevanın “Arazbarı” şeirlər toplusu İranda nəşr olunub.

AZADİNFORM xəbər verir ki, kitab İran Mədəniyyət və İslami İrşad Nazirliyinin icazəsi ilə “Avayi Münci” nəşriyyatı tərəfindən yüksək poliqrafiya və nəfis dizaynla ərsəyə gəlib. Təbrizli tənqidçi Susən Nəvadeh Rəzi kitab haqqında yazır: “Şairə miflərlə tanışdır, xalq yaradıcılığı sahəsində əhatəli məlumatlara sahibdir, buna görə də fikirlərini ifadə edərkən onları gözəl şəkildə qələmə alır, beləliklə də düşündüklərini biçimləndirərək sözlərinin mənasını qat-qat gücləndirir”.  Sona Vəliyevanın “Arazbarı”da cəmləşdirilmiş şeirləri orijinal üslubda oxucunun görüşünə gəlmişdir. Bu orijinallığı yaradan şairənin rəvan yazı dili, fəlsəfi düşüncəsi ilə şeirlərin məzumunundakı uyğunluq və bağlılıqdır. “Arazbarı”dakı şeirlərin dərin məzmununda ana məhəbbəti, vətəndaş məsuliyyəti, insan duyğuları, bəşəri dəyərlərin qorunması arzusunu vahid bir xətt üzrə izləyə bilirik. Burada inkaredici fikir və ifadəyə rast gəlinmir.  Bunları nəzərə alaraq deyə bilərik ki, əslində şairə poeziya yaradıcılığında özünün, özü kimi görmək istədiklərinin, özünə, xalqına, ölkəsinə, dövlətinə aid olanların ümumiləşdirilmiş obrazını yaratmışdır.  Urmiyalı tədqiqatçı, şair və tərcüməçi Əkbər Əlyar Həmidi kitabın İran nəşrinə əlavə etdiyi girişdə yazır: “Həkimə Billuri və Mədinə Gülgündən sonra belə bir qadın şairə ilə rastlaşmaq olduqca maraqlı və gözlənilməzdir, çünki onlar müşəxxəs (bəlli) bir dövrdə müəyyən səbəblərə görə, təbii olaraq nisgil və həsrət şeirinin bayraqçıları olmuşlar, ancaq Sona Vəliyeva tam fərqli bir şəraitdə, özü də təkcə nisgil yox, bəlkə yarınisgil, yarıepik bir yaradıcılığın sahibidir”. İranın Urmiya şəhərində dərc olunan “Dəniz” qəzetində “Arazbarı” barədə yayılmış məlumatda oxuyuruq: “Sona xanım Vəliyeva Azərbaycan ədəbiyyatında nadir yaradıcılıq üslubu ilə seçilən, poetik düşüncələrini lirik-fəlsəfi biçimdə oxucuyla bölüşməyi bacaran şairədir. Özünəməxsus deyim tərzi, xalq dilinə və poeziyasına yaradıcılıqla yanaşması, Vətənə və insani dəyərlərə olan tükənməz məhəbbəti, aydın və şəffaf mövqedən poetik dildə ustalıqla təsvir etmək bacarığı şairənin ədəbi aləmdəki nadir üslubunu ortaya qoymuşdur”.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
BDYPİ: “Sədərək” ticarət mərkəzindəki yanğınla əlaqədar yollarda təhlükəsizlik tədbirləri görülür
15:04 24.08.2025
BDYPİ: “Sədərək” ticarət mərkəzindəki yanğınla əlaqədar yollarda təhlükəsizlik tədbirləri görülür
Azərbaycan XİN Ukraynanı təbrik edib
14:46 24.08.2025
Azərbaycan XİN Ukraynanı təbrik edib
FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb
14:32 24.08.2025
FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb
Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
14:18 24.08.2025
Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
13:54 24.08.2025
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
13:48 24.08.2025
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
13:34 24.08.2025
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
13:15 24.08.2025
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb
13:03 24.08.2025
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb
Rubio: ABŞ Ukraynanın müstəqil dövlət kimi gələcəyinə sadiqdir
12:46 24.08.2025
Rubio: ABŞ Ukraynanın müstəqil dövlət kimi gələcəyinə sadiqdir
Sabah Bakıda 36 dərəcə isti olacaq, bəzi rayonlara leysan yağacaq
12:35 24.08.2025
Sabah Bakıda 36 dərəcə isti olacaq, bəzi rayonlara leysan yağacaq
DİN: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib
12:20 24.08.2025
DİN: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib
“Sədərək” ticarət mərkəzində yanğın başladı
12:18 24.08.2025
“Sədərək” ticarət mərkəzində yanğın başladı
Türkiyədə şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü - ölən və yaralananlar var
11:57 24.08.2025
Türkiyədə şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü - ölən və yaralananlar var
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib
11:55 24.08.2025
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib
Dövlət Agentliyindən xaricdə təhsillə bağlı XƏBƏRDARLIQ
11:39 24.08.2025
Dövlət Agentliyindən xaricdə təhsillə bağlı XƏBƏRDARLIQ