Aparıcı Nazilə Səfərli Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun bazarda vətəndaşlarla söhbəti zamanı çəkilmiş görüntülərə münasibət bildirib.
O, sosial şəbəkə hesabında etdiyi paylaşımda icra başçısının bazara baş çəkməsi və satıcılarla ünsiyyəti barədə fikirlərini bölüşüb.
Nazilə Səfərli paylaşımında bunları qeyd edib:
"Deyir, Ağstafada icra başçısı bazara çıxıb, xalqla kef-əhval edib, narın və s. qiymətini soruşub, satıcılarla söhbət edib. Satıcılara "sən” deyə müraciət edib: "Necəsən, narı haradan gətirmisən?” Millət az qala ağ yuyub, qara sərib, yetim nə danışsın?
Sonra da deyir ki, icra başçıları kabinetdən niyə çıxmır? İcra başçısının protokolunda bazar gəzmək var? Bazarkom nə işə baxır ki, icra başçısı bazarı gəzir? Hələ bu artıq edib. Haqq edirlər buna ki, sadəlik edib”.
Fəridə Əsədzadə











































