AZXEBER.COM-un Rabitə və İnformasiya nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Sony Ericsson bundan sonra Sony Mobile Communications adlandırılacaq və mobil qurğular istehsalını davam etdirərək Sony-nin tərkibində bölmələrdən biri olacaq.Mənzil-qərargahı Londonda (Böyük Britaniya) yerləşən şirkətin 8000 minə yaxın əməkdaşı var. Bundan başqa, prezident və icraçı direktor vəzifəsini əvvəllər Sony Ericsson-a rəhbərlik etmiş Bert Nordberq yerinə yetirəcək, Kompulenta yazır.Yaponiya korporasiyasının istehsalı olan Sony brendli ilk qurğuların fevralda Barselonada keçiriləcək Mobile World Congress 2012 sərgisində nümayiş ediləcəyi gözlənilir.