Konfransda 2 ildən artıqdır ki, fəaliyyət göstərən Gənclərin Güvənc Körpüsü layihəsinin işi ilə bağlı hesabat verilib, görülmüş işlər, əldə edilmiş nailiyyətlər və alternativ qayğını (internatları, uşaq evlərini, SOS uşaq kəndlərini) tərketmə mərhələsində olan gənclərin müstəqil həyata başlarkən qarşılaşdıqları maneələrdən bəhs olunub. Tədbirdə həmçinin, şəbəkə üzvləri olan gənclər arasında keçirilmiş məqalə müsabiqəsinin nəticələri elan olunub, qaliblərə mükafatlar təqdim edilib. Müsabiqədə 4 yazı fərqləndirilib. Onlardan üçü əsas, biri isə həvəsləndirici yer olub. Birinci yerə Nicat Qarayev layiq görülüb. Digər yerləri Yadigar Hüseynov və Mehri Yolbarsova bölüşdürüblər. Sonuncu həvəsləndirici yerin sahibi isə Raminina Ramina olub.
Qalibləri bir sıra aparıcı KİV-ləri təmsil edən tanınmış jurnalistlərdən ibarət münsiflər heyəti müəyyən edib. Münsiflər heyətinin üzvləri sırasında tanınmış jurnalistlər Sevinc Telmanqızı, Aynur Elgünəş, Gülnaz Qənbərova, Elnur Baimov, Seymur Kazımov, İlhamiyyə Rzayeva, uşaq hüquqları üzrə mütəxəssis Nazir Quliyev var.
Müsabiqə keçirilməzdən öncə -yanvarın 16-da Azərbaycan Media Mərkəzində Gənclərin Güvənc Körpüsü şəbəkəsinin Birinci yerin qalibi mükafat alır
üzvləri üçün təlim keçirilib.Birinci yerin qalibi mükafat alır Bir günlük təlim müddətində şəbəkənin 25 nəfər üzvü
məqalə müsabiqəsinə qatılmazdan əvvəl istiqamətləndirilib, onlardan 19-u müsabiqəyə yazı verib.
Müsabiqə gənclərin real imkan və problemləri onların öz dillərindən səsləndirmək imkanı yaradır ki, bu da gəncləri ictimai vəkillik fəaliyyətinə cəlb etmək üçün maraqlı təcrübədir./// var.az