“SOS Uşaq Kəndləri - Azərbaycan” Assosiasiyası Gənclər Gününü qeyd etdi - FOTO
GƏNCLİK
20:43 31.01.2012
2342
SOS Uşaq Kəndləri –Azərbaycan, hər il olduğu kimi bu il də gənclər üçün önəmli olan məsələlərə diqqəti cəlb etmək məqsədi ilə öz himayəsində olan gənclər, eləcə də təşkilat çərçivəsində həyata keçirilən müxtəlif inkişaf və təhsil imkanlarından bəhrələnən gəncləri bir araya gətirərək əyləncəli tədbir həyata keçirib.AZXEBER.COM-un məlumatına görə, “Sağlam olmaq dəbdədir” çağırışı ilə gənclərə səslənən tədbirdə “Breyn Rinq” intellektual yarışması keçirilib. Əsrimizin bəlası olan HİV-QİÇS, Vərəm, Narkotiklər, Tütün alışqanlığı insanlara vurduğu ziyan mövzusuna diqqəti cəlb edilib. Sonda sualları ən yaxşı cavablandıran komanda mükafatlandırılıb. Qalibləri Nərgiz Cəlilova, İlhamə Novruzova, Seymur Kazımov, Ilham Ali Yusif və Natiq Cəfərovdan ibarət münsiflər heyəti müəyyən edib.Bundan əlavə, SOS Uşaq Kəndlərinin 1-ci və 2 –ci Gənclər Evinin sakinləri, həmçinin digər alternativ qayğını tərk etmiş və tərk etməkdə olan gəncləri özündə birləşdirən Gənclərin Güvənc Körpüsü şəbəkəsinin üzvləri də bədii proqramla çıxış ediblər.