2023-cü il Azərbaycan Gənclər paytaxtı seçilən Mingəçevir şəhərində "Davam" Gənclər Hərəkatının təşkilatçılığı, Gənclər Fondu, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə "Gənclər üçün Rəqəmsal Bacarıqlar Düşərgəsi” keçirilir.
Düşərgənin ikinci günündə Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Şuranın Sosial Media ilə Əlaqələr Komissiyasının sədri Hacıbəy Heydərlinin moderatorluğu ilə "Sosial media, influnserlik fəaliyyəti və yeni trendlər" mövzusunda panel müzakirə baş tutub.
Hacıbəy Heydərli bildirib ki, günümüzdə sosial şəbəkələr həyatımızın ayrılmaz parçasına çevriliib: "Bu gün sosial şəbəkələr ictimai rəyə təsir edən, ölkə gündəmini müəyyənləşdirən platformadır. Faktdır ki, bu təsirin formalaşmasında sosial media fəalları, jurnalistlərlə yanaşı, blogerlər, influinserlər, tiktokçular da çox böyük rol oynayır. Biz də Mətbuat Şurası olaraq çalışırıq ki, sosial mediada maarifləndirici, faydalı kontentlər yaransın, etik prinsiplər qorunsun. Bu baxımdan sosial media faəlları ilə ardıcıl görüşlərimiz baş tutub və bu istiqamətdə işlərimiz davam edəcək".
Görüşdə tanınmış influnserlər Mehin Oktaylı, Apruza Əliyeva, Xatirə Yüzbəyova və müxtəlif universitetlər təhsil alan 100-dən çox gənc iştirak edib.
![](https://azxeber.com/file/pic/xeber/2023-06/1687348791_349189749_10222118701508083_3711514603591192705_n.jpg)
![](https://azxeber.com/file/pic/xeber/2023-06/1687348808_346881590_10222118703628136_51923775644870242_n.jpg)
![](https://azxeber.com/file/pic/xeber/2023-06/1687348797_350129831_10222118702988120_4066894339523285174_n.jpg)
![](https://azxeber.com/file/pic/xeber/2023-06/1687348824_349935896_10222118703788140_3817974718686888880_n.jpg)