Sosial sahibkarlıq proqramına start verildi

GƏNCLİK
23:47 03.10.2011
2548

Sosial sahibkarlıq proqramına start verilib. AZXEBER.COM-un məlumatına görə, bu proqramın əsas məqsədi sosial sahibkarlıq vasitəsi ilə icma ehtiyaclarının və problemlərinin həllinə yeni yanaşma gətirməkdir. Layihəyə cəmiyyətin sosial problemlərini sosial sahibkarlıq vasitəsi aradan qaldırmaq istəyən gənclər cəlb olunacaq. Layihə “Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzinin və Birləşmiş Ştatlar Sülh Korpusunun resurs imkanları və USAİD –nin maliyyə dəstəyi ilə həyata keçiriləcək və sosial sahibkarların bilik və bacarıqlarını inkişaf etdirməklə yanaşı, sosial sahibkarlıq hərəkatının əsasını qoyacaqdır.Layihə 2011-ci il 01 oktyabr tarixindən başlayır və təxminən 8 ay davam edəcəkdir.Layihə 3 əsas komponentdən ibarətdir, bunlar:1. Gənclərin sosial sahibkarlıq vasitəsi ilə cəmiyyətin əsas ehtiyaclarını və problemlərini həll etmək yolları haqqında maarifləndirməsi;2. Gənclərin sosial sahibkarlıq və bisnes idarəolunması sahəsində bilik və bacarıqların artırılması, eləcə də, bu sahə üzrə gənc liderlərin yetişdirilməsi:3. Gənclərin sosial problemlərin həllinə yönəlmiş biznes ideyalarının maliyyələşdirilməsi və onlara məsləhətlərin verilməsi.“Uluçay” təşkilatı “Sosial Sahibkarlıq Proqramının” aparıcı təşkilatıdır. “Uluçay”-la yanaşı, ABŞ Sülh Korpusu könüllüsü və Şəki icma həmkarı, seçilmiş gənclərə təlim və məsləhətlər verəcəkdir.Layihə iştirakla bağlı, eləcə də daha ətraflı məlumatlar “Uluçay” təşkilatının veb-səhifənsində yerləşdiriləcək və Şəkinin müxtəlif yerlərində paylanacaqdır.Layihə ilə bağlı suallarınızı layihəyə məsul şəxslərə göndərə bilərsiniz:“Uluçay” təşkilatının İcraçı Direktoru - İlyas Səfərli: [email protected]/* */ və ABŞ Sülk Korpusunun icma həmkarı Namiq Rzayev: [email protected]/* */    

OXŞAR XƏBƏRLƏR