Baku TV-nin məlumatına görə, bu fikirləri sosioloq Üzeyir Şəfiyev bildirib.
Sosioloq sosial şəbəkələrdə yaş məhdudiyyətlərinin tətbiqini tamamilə düzgün və zəruri yanaşma hesab edir. Onun sözlərinə görə, yeni qaydalara əsasən, 16 yaşadək uşaqların rəqəmsal platformalarda müstəqil qeydiyyatdan keçməsi qadağan olunur. 16-18 yaş arası yeniyetmələr isə yalnız valideyn və ya qəyyumlarının nəzarəti və məlumatı əsasında qeydiyyatdan keçə bilərlər.











































