Sosial şəbəkələrdə 39 yaşlı qadını şantaj edən şəxs saxlanıldı

Sosial şəbəkələrdə 39 yaşlı qadını şantaj edən şəxs saxlanıldı
KRİMİNAL
13:19 09.04.2025
336
Sosial şəbəkələrdə 39 yaşlı qadını şantaj edən şəxs saxlanılıb.
 
AZXEBER.COM xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Sumqayıt şəhərində 39 yaşlı qadın polisə müraciət edərək sosial şəbəkələrdə bir nəfərin onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gəldiyini, ondan pul tələb etdiyini və qızıl-zinət əşyasını aldığını bildirib. 

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hədə-qorxu yolu ilə tələb etməkdə şübhəli bilinən 26 yaşlı N.Kərimov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.
 

OXŞAR XƏBƏRLƏR