Sosial şəbəkələrdə belə paylaşım edənlərə cinayət işi açıla bilər

Sosial şəbəkələrdə belə paylaşım edənlərə cinayət işi açıla bilər
SOSİAL
21:02 19.07.2026
976
Son illər sosial şəbəkələrdə şəxsi həyatın toxunulmazlığını pozan paylaşımlar, insanların şəkil və videolarının icazəsiz yayılması, təhqir, böhtan və nüfuzdan salmağa yönəlmiş paylaşımlar nəzərəçarpacaq dərəcədə artıb. Bir çox istifadəçi virtual məkanda yazılan və paylaşılan məlumatların hüquqi məsuliyyət yaratmadığını düşünsə də, qanunvericilik bu cür əməllərə görə həm mülki, həm inzibati, həm də müəyyən hallarda cinayət məsuliyyəti nəzərdə tutur.

Bir çox istifadəçi bunu ifadə azadlığı kimi qiymətləndirsə də, qanunvericilik bu məsələyə necə yanaşır? Bu cür əməllərə görə hansı hallarda inzibati, mülki və ya cinayət məsuliyyəti yaranır? Praktikada bu səbəbdən məsuliyyətə cəlb olunan şəxslər varmı və məhkəmələr belə işlər üzrə daha çox hansı qərarları qəbul edir?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında  hüquqşünas Ramil Süleymanov bildirib ki, bununla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulub:

"Bu maddəyə əsasən, informasiya resurslarında saxta məlumatların yayılması, o cümlədən şəxsin şərəf və ləyaqətini ləkələyən və ya işgüzar nüfuzuna xələl gətirən məlumatların internet informasiya ehtiyatlarında yayılması qanunvericiliklə cinayət əməli hesab olunur. Eyni zamanda, şəxsin foto və ya video görüntülərinin onun razılığı olmadan əldə edilməsi, saxlanılması, yayılması və ya paylaşılması da qanunvericiliklə qadağandır. Belə hallar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 156-cı maddəsinə əsasən cinayət məsuliyyəti yaradır. Bu norma şəxsin şəxsi və ailə həyatının toxunulmazlığının, eləcə də şəxsi məlumatlarının qanunsuz yayılmasının qarşısının alınmasına xidmət edir.

Həmin maddənin sanksiyasına əsasən, bu əməli törədən şəxs 1000 manatdan 1500 manatadək məbləğdə cərimə, 240 saatdan 480 saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri cəzası ilə cəzalandırıla bilər. Əməlin törədilmə üsulundan, nəticələrindən və digər hallardan asılı olaraq qanunvericilikdə nəzərdə tutulmuş daha ağır hüquqi məsuliyyət tədbirləri də tətbiq oluna bilər” , - deyə hüquqşünas fikrini tamamlayıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hörmüz boğazından keçən neft tankeri minaya düşüb
18:51 27.10.2026
Hörmüz boğazından keçən neft tankeri minaya düşüb
Marsol Group və Dövlət Məşğulluq Agentliyi arasında işgüzar görüş keçirildi -FOTOLAR
18:34 27.10.2026
Marsol Group və Dövlət Məşğulluq Agentliyi arasında işgüzar görüş keçirildi -FOTOLAR
Böhran əvvəlcə pıçıldayır, sonra qışqırır
18:23 27.10.2026
Böhran əvvəlcə pıçıldayır, sonra qışqırır
Moskvanın üç hava limanında məhdudiyyətlər tətbiq olunub
18:23 27.10.2026
Moskvanın üç hava limanında məhdudiyyətlər tətbiq olunub
Novak: Rusiya Avropaya qaz tədarükünü bərpa etməyə hazırdır
18:10 27.10.2026
Novak: Rusiya Avropaya qaz tədarükünü bərpa etməyə hazırdır
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşdü - FOTOLAR
17:55 27.10.2026
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşdü - FOTOLAR
Mədəni diplomatiyadan vətəndaş cəmiyyətinə uzanan şərəfli yol
17:51 27.10.2026
Mədəni diplomatiyadan vətəndaş cəmiyyətinə uzanan şərəfli yol
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTOLAR
17:51 27.10.2026
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTOLAR
Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu
17:48 27.10.2026
Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu
Pezeşkian: ABŞ və İsrail qlobal enerji təhlükəsizliyini təhdid edir
17:44 27.10.2026
Pezeşkian: ABŞ və İsrail qlobal enerji təhlükəsizliyini təhdid edir
Baş Prokurorluğu və DİN-dən birgə məlumat: Siyəzəndə ağır cinayətin üstü açıldı
17:41 27.10.2026
Baş Prokurorluğu və DİN-dən birgə məlumat: Siyəzəndə ağır cinayətin üstü açıldı
Havaların soyuması ailə büdcəsinə necə təsir edir?
17:40 27.10.2026
Havaların soyuması ailə büdcəsinə necə təsir edir?
Qətərdən İrana çağırış: Təhdidləri dayandırın, Hörmüz boğazını açın
17:39 27.10.2026
Qətərdən İrana çağırış: Təhdidləri dayandırın, Hörmüz boğazını açın
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
17:34 27.10.2026
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
“Crystal Group of Companies” ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi
17:25 27.10.2026
“Crystal Group of Companies” ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi
Azərbaycanda 163 min ailəyə qadın başçılıq edir – Rəsmi statistika
17:22 27.10.2026
Azərbaycanda 163 min ailəyə qadın başçılıq edir – Rəsmi statistika