Sosial şəbəkələrə və yeni mediaya marağı olan gənclər bir arada – FOTOLAR

GƏNCLİK
03:03 19.06.2013
3098

“Gənclərin sosial şəbəkəsi - Yeni media layihələrində” adlı layihənin açılış mərasimi keçirilib.

AZXEBER.COM xəbər verir ki, layihənin açılış mərasimində millət vəkili Ceyhun Osmanlı, Azərbaycan Yazıçılar Birliyinin gənclər üzrə katibi və “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “İrəli” İctimai Birliyinin sədri Rauf Mərdiyev və “Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyinin sədri İmaməddin Quliyev iştirak ediblər.İlk olaraq “Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyinin sədri İmaməddin Quliyev çıxış edərək layihəni açıq elan edib.Qonaqlar da öz növbəsində iştirakçıları salamlayaraq, layihə ilə bağlı fikirlərini bölüşərək tədbirin keçirilməsini əhəmiyyətli olduğunu hesab edib və gənclərə uğurlar arzulayıblar. Mərasim qonaqların çıxışı və sualların cavablandırılması ilə davam edib.“Gənclərin sosial şəbəkəsi - Yeni media layihələrində” adlı layihəsi müxtəlif mövzuları əhatə edən panellərlə davam edib.Layihənin ilk günü “Baku Post” qəzetinin təsisçi və redaktoru Tural Əliyev, “Space” radionun baş prodüseri İlahə Şıxlinskaya, AzTV-nin aparıcısı Rəşad Mehdili və Media Akademiya layihəsinin Nərmin Balayeva “Gənclərin informasiya təminatında medianın rolu” mövzusunda olan 1- ci panelin, tanınmış teleaparıcı Nərgiz Cəlilova “Tele jurnalistika və diktor sənəti” mövzusunda olan 2 - ci panelin və sonda KİV və PR texnologiyaları üzrə mütəxəssis Əli Hacızadə, “İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyev, “Aztagram.com — Instagram Azerbaijan” layihəsinin həmtəsisçisi və ideya müəllifi Fərhad Ələkbərov və PR və Marketinq mütəxəssisi Zaur Darabzadə isə “Sosial şəbəkələrin həyatımızda rolu” movzusunda olan 3-cü panelin qonağı olublar.Qonaqlar öz təcrübələrini layihə iştirakçıları ilə bölüşərək onları maraqlandıran sualları cavablandırıblar. Sonda xatirə şəkli çəkilib və layihənin ilk günü başa çatıb.50 nəfər aktiv gənci bir araya gətirən və 5 gün müddətində davam edəcək layihədə yeni media, sosial şəbəkələr, bloqlar, şəbəkələşmə, liderlik keyfiyyərləri, informasiya texnologiyalarından düzgün istifadə kimi praktiki təlimlər layihənin əsas predmeti olacaq. Təlimlər əsasən media sahəsində çalışan təcrübəli ekspertlər tərəfindən aparılacaq.Layihənin keçirilməsində əsas məqsəd fəaliyyət göstərdiyi sahələrdə aktiv olan gəncləri bir araya yığaraq onların bilik və bacarıqlarını daha da artırmaq, onların internet jurnalistikaya olan marağını yüksəltmək, gənclərin yeni media vasitələrindən effektiv istifadə etməsi üçün mütəxəssislərin təcrübələrini onlara ötürməkdir. Həmçinin, onlar arasında aktiv şəbəkə yaratmaq və mövcud əlaqələri daha da genişləndirməkdən ibarətdir.Layihə öz işinə 21 iyun tarixində yekun vuracaq.Qeyd edək ki, layihə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə və “Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir.

OXŞAR XƏBƏRLƏR