"Sosial şəbəkələrin inkişafından sonra ənənəvi media auditoriya itkisi ilə üz üzə qalmaqdadır”.
AZXEBER.COM xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Media təhlil şöbəsinin müdiri Səbinə Seyidova deyib.
O, bildirib ki, bu gün media sadəcə informasiya ötürücüsü olaraq qalmır:
"Sosial şəbəkələrin inkişafından sonra ənənəvi media auditoriya itkisi ilə üz üzə qalmaqdadır. Artıq dünyada media rəqabət davamlılığını gücləndirmək, itirdiyi kütləni özünə qaytarmaq üçün məzmun və forma baxımından transformasiyaya uğrayır. Bu gün media sadəcə birtərəfli informasiya ötürücüsü olaraq qalmır, interaktivliyin də təmin olunduğu biznes strukturuna çevrilir. Beləliklə "Yeni media" formalaşır. Yeni mediaya keçid rəqəmsal inkişafın gətirdiyi zəruri çağırışlardandır".
Şahanə











































