Şou-biznes adamları ilə dostluq edən polis rəisi Kürdəmirə göndərildi

Şou-biznes adamları ilə dostluq edən polis rəisi Kürdəmirə göndərildi
SOSİAL
15:18 08.07.2016
4717

Daxili işlər naziri Ramil Usubovun əmri ilə işdən çıxarılan Nərimanov rayon Polis İdarəsinin rəisi İsmayıl Əsədovun yeni iş yeri məlum olub. 

Criminal.az-a daxil olan məlumata görə, İ.Əsədov nazirin əmri ilə Kürdəmir rayon Polis Şöbəsinin rəisi təyin olunub.

Kürdəmir Rayon Polis Şöbəsinin rəisi Oqtay İlyas oğlu Məmmədov isə Ədliyyə Nazirliyi Penitensiar Xidmət rəisinin birinci müavini təyin olunub.

OXŞAR XƏBƏRLƏR