Şou-biznes əhlinin bahalı geyimləri və qiyməti – SORĞU

Şou-biznes əhlinin bahalı geyimləri və qiyməti – SORĞU
MAQAZİN
16:00 07.02.2015
4782

“Star life” verilişi məşhurlar arasında sorğu apararaq onların ən bahalı libasının qiymətini və bu günə qədər kiminsə paltarını geyinib-geyinməmələrini soruşub.

AZXEBER.COM sorğunu təqdim edir:

Əməkdar artist Elza Seyidcahan– Xeyir işə gedəndə sənət dostlarım yox, tanışlar paltar istəyir, verirəm. Bir məclis var idi, içəri girəndə gördüm bütün xanımlar mənim libasımdan geyiniblər. Məndə olanda qəribə yanaşırlar, amma sabah hamı onu geyinir. Heç kimin libasını geyinmərəm. Mən yenilik gətirən adamam. Azərbaycanda ilk dəfə dırnağıma rəngbərəng boyanı mən çəkmişəm. İndi bu, salonlarda ən bahalı manikürdür. Mənim əynimdə hər libas bahalı olur. Başqaları kimi demirəm on minə çanta aldım. Ayıbdır, o pulla insanlar ev almaq istəyir. Vaxtilə çöllərdə yaşamısan, indi çantanla insanlara acıq verirsən?

Müğənni-bəstəkar Murad Arif– Bu cür əməkdaşlıqlarda yoxam. Cırıq olsun, özümün olsun. Ən bahalı kostyumum 400-500 manata, ayaqqabım isə 300 manata olub.

Müğənni Nadir Qafarzadə– Heç bir sənət dostumdan paltar almamışam. Amma özüm gənc bir ifaçıya libas vermişəm. Onsuz da bir paltarı az geyinirəm. Adını çəkməyim, ayıbdır. Əmim oğlunun pencəyini geyinib efirə çıxmışam.

Müğənni Mirkamil Kamilov– Öz qohumlarımdan - dayım oğlundan paltar istəyib efirə geyinmişəm.

Rəqqasə Fatimə Fətəliyeva- Könül Kərimovanın paltarından istifadə etmişəm. Bu yaxınlarda Samira Allahverdi Qar qız paltarı bağışlayıb ki, lazım olanda geyinərsən.

Müğənni Sevinc Ağaşirinova– Mənim libasımdan kimsə istifadə etməyib. Amma mən Röyanın paltarını geyinmişəm, hətta klip də çəkdirmişəm. Bahalı paltarım yoxdur, sadə libaslar geyinirəm. Ən ucuzunu 10 manata almışam.Xanəndə Elnarə Abdullayeva- Dünya dağılsa da bir paltar geyinərəm, kiməsə demərəm mənə libas ver. Kompleksim yoxdur ki, bu gün, sabah eyni paltar geyindim, camaat məni qınadı. İnsanlara görə küçələrə düşüb paltar tapmalıyam?

Müğənni Roza Zərgərli– Bəlkə kişilərdə bu hal ola bilər. Amma qadınlardan kimsə kiminsə libasını geyinməz. Mənim bir qarderobum var ki, hamısı qaşlı libaslardır. Düşünürəm onları kimə verim?Aşıq Zülfiyyə- Dəbdəbəli paltar geyinən deyiləm. O cür geyinməyə imkanım çatır, sadəcə sevmirəm. Xoşlamıram kimsə mənim, mən də kiminsə libasını geyinim. Ən bahalı idman geyimimə 1000 dollar, səhnə libasıma isə 300-400 manat vermişəm. Ondan baha deyilənə inanmayın.Müğənni Mənzurə Musayeva- Pis də olsa, yaxşı da olsa öz libasımı geyinmişəm. Başqasından paltar alıb geyinmək ayıb deyil. Amma heç kimlə elə yaxın münasibətdə olmamışam ki, istəyim. Mənim paltarımı istəyən olub. Ondan sonra onu heç bir efirə geyinmədim. Ən bahalı paltarı 1700 manata aldım, bir dəfə geyinib qaytardım. Qaşları tökülürdü. Ondan sonra bahalı paltar almıram.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
23:54 19.07.2025
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
23:46 19.07.2025
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
23:37 19.07.2025
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
23:21 19.07.2025
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
23:06 19.07.2025
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
22:52 19.07.2025
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
22:42 19.07.2025
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
22:24 19.07.2025
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
22:05 19.07.2025
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
21:54 19.07.2025
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
21:43 19.07.2025
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
21:39 19.07.2025
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
21:33 19.07.2025
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
21:27 19.07.2025
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
21:06 19.07.2025
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik
21:02 19.07.2025
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik