"Krediti olan müğənnilər sanki zəncirdən asılı vəziyyətdə qalıblar"
Şou-biznes əhlinin avtomobillərinin və bahalı evlərinin kreditlə alınması heç kimə sirr deyil. Bəs görəsən müğənnilərimiz adətən banka ayda nə qədər pul ödəyir və ya hansı müğənnilərimiz ümumiyyətlə kredit almırlar? Show.az “ATV maqazin” verilişinin keçirdiyi sorğunu təqdim edir.
Populyar müğənniİzzət Bağırovbanklarla çox yaxşı münasibətdə olduğunu və ora çox müraciət etdiyini bildirib. “Bankdan pul aldıqda heç vaxt geçikdirmirəm. 27 dəfə avtomobil dəyişmişəm və avtomobil həvəskarı olduğum üçün kredit almağa məcbur oluram. Ayda isə banka adətən 2500-3000 manat ödəyirəm”.
Əməkdar artistMətanət İsgəndərlidə kreditə üz tutan müğənnilərdəndir. Müğənninin sözlərinə görə o, nə alıbsa elə kreditlə alıb. Hər ay banka 2000 manat ödəyən Mətanət İsgəndərli yorğanına görə, ayağını uzatdığını bildirib.
MüğənniZamiqisə son dəfə krediti 4 il bundan əvvəl alıb. “Krediti avtomobilə görə almışdım və ayda 2000-3000 manat ödəyirdim”,-deyə Zamiq bildirib.
Elza Seyidcahanisə elə indi də kredit həyatı yaşadığını etiraf edib. Hətta bir dəfə səfərə getdikdə evini banka girov qoyan müğənni, hazırda banka 500 manat ödədiyini bildirib. “Sponsorlar olmadığından layihələrimə və konsertlərimə görə kredit almağa məcbur qalıram”,-deyə Elza Seyidcahan bildirib.
Namiq Qaraçuxurluisə kreditdən son dərəcə qorxduğunu etiraf edib. “Mən ailə saxlayıram, Allah etməsin mənə bir şey olsa o krediti bəs kim ödəyəcək? Amma yaxın vaxtlarda kredit almaq fikrindəyəm, çünki avtomobil almaq istəyirəm”.
Krediti sevməyən müğənnilər siyahısındaEyyub Yaqubovda var.
Nadir Qafarzadəisə krediti olan müğənnilərin sanki zəncirdən asılı vəziyyətdə qaldıqlarını bildirib.