Şou-biznes yazarlarını sürprizlər gözləyir

MAQAZİN
19:18 31.01.2013
1286
Azərbaycanda şou-bizneslə bağlı möhtəşəm layihələr hazırlanır. Tanınmış teleaparıcı İlahə Nizamiqızı ANS PRESS-ə açıqlamasında sözügedən layihədə aparıcılıq missiyasını özünün edəcəyini deyib: "Böyük bir layihələr üzərində işlər gedir. Təşkilatçılar mənim də həmin layihərdə olmağımı istədilər. Yaxın günlərdə möhtəşəm layihələrlə gələcəyik! Hər kəs bizim gördüyümüz işlərdən danışacaq! Hal-hazırda bir çox layihələr üzərində işlər gedir. Və mən də həmin layihələrdə yaxından iştirak edirəm".İ.Nizamiqızı aparıcılıqla yanaşı təşkilatçılıqla da məşğul olduğunu bildirdi: "Artıq məni həm aparıcı kimi, həm də təşkilatçılarla birlikdə görə biləcəksiniz. Ola bilsin ki, bir layihədə aparıcı oldum, ancaq digər layihələrdə isə təşkilatçılar tərəfindən layihələrin idarə olunması baxımından mənə başqa bir iş həvalə olunacaq. İnanıram ki, layihəri bəyənəcəksiniz. Əminliklə deyə bilərəm ki, layihələrimiz çox maraqlı olacaq və demək olar ki, bütün layihələr şou-bizneslə əlaqədar olacaq. Təbii ki, şou-biznes yazarlarımız üçün də sürprizlərimiz olacaq. Gözləyin!"

OXŞAR XƏBƏRLƏR