“Sovetski” sakinləri razılaşdılar

“Sovetski” sakinləri razılaşdılar
Bütün Xəbərlər
17:35 07.04.2014
1568
“Amma o vaxt Qarabağ müharibəsi başladığından köçürülmə arxa planda qaldı”.
Əvvəl camaat bir az müqavimət göstərdi. Sonra bir-bir etiraz edən sakinləri çağırıb, bir-iki manat əlavə pul verib, susdurdular. İş o yerə çatdı ki, keçirəcəyimiz aksiyaların qarşısını elə yerli sakinlər özləri aldılar. İndi çoxları 1500 manatla razılaşıb, çəkilib durublar bir kənarda.
AZXEBER.COM Lent.az-a istinadən xəbər verir ki, bu sözləri musavat.com-un əməkdaşına Bakının qədim yaşayış məntəqələrindən biri olan “Sovetski”də yaşayan Əhliman Paşayev söyləyib.
Əhliman kişi deyir ki, 35 kvadratmetrlik evinin hər kvadratmetrinə təyin olunan 1500 manatla heç cürə razılaşmır:
“Neçə aydır ki, ev axtarırıq. Qiyməti 45 mindən aşağı ev yoxdur. O da şəhərdən çox kənarda birotaqlı evlərdir. İndi mən ailəmlə yaşayıram. Əgər hökumətin belə bir layihəsi varsa, mütləq vətəndaşı razı salmalıdır. Axı, elə bu hökumətdəkilərin yazdığı Qanun da bunu tələb edir. Camaatı narazı salıb, bu dövlətin üstünə qaldırmağa nə var ki... Vallah bu, bircə dəqiqəlik işdir”.
“Sovetski” sakininin sözlərinə görə, Sovet dövründə də bu yaşayış yerinin sökülməsi tez-tez gündəmə gəlirdi:
“O vaxt hökumət elan vermişdi ki, evlər söküləcəyi təqdirdə, yeni tikilən binalarda sakinlərə indiki evlərinin kvadratmetrinin iki qatında mənzil veriləcək. O vaxt biz buna razı olmamışdıq. Elə ona görə də, hökumətin layihəsi həyata keçirilmədi. Daha sonra müstəqillik dövrünün ilk illərində də “Sovetski”nin sökülməsi yenidən gündəmə gəldi. Amma o vaxt Qarabağ müharibəsi başladığından köçürülmə arxa planda qaldı”.
Yasamal rayon İcra Hakimiyyətində yaradılan köçürmə komissiyasından çıxan “Sovetski” sakinlərindən öyrəndik ki, Novruz bayramından sonra komissiyada keçirilən görüş zamanı evləri plana düşənlər verilən kompensasiya ilə razılaşıblar.
Balababa Məcidov küçəsində mağaza sahibi olan Turan Məmmədov bildirdi ki, obyektlərinin hər kvadratmetrinə 800 manat verəcəklərini deyiblər:
“Təbii ki, bu, bizi qane edə bilməz. Mənim 20 kvadratmetr yerim var. Mən o pula heç nə edə bilmərəm. Biz Abid Şərifovun qəbulunda olan zaman da dedik ki, heç olmasa, bizə Bakının ticarət mərkəzlərində yer versinlər. Amma deyəsən, təklifimiz xoşuna gəlmədi”.
Qeyd edək ki, hökumətin “Sovetski” ilə bağlı qərarı hələ də dəyişməz qalır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ermənistan polisi zirehli döyüş maşınları ilə təmin ediləcək
18:54 31.07.2025
Ermənistan polisi zirehli döyüş maşınları ilə təmin ediləcək
"İmişli" serbiyalı yarımmüdafiəçi ilə müqavilə bağlayıb
18:34 31.07.2025
"İmişli" serbiyalı yarımmüdafiəçi ilə müqavilə bağlayıb
Füzulidə yük maşını ilə evakuator toqquşub, 2 nəfər xəsarət alıb
18:26 31.07.2025
Füzulidə yük maşını ilə evakuator toqquşub, 2 nəfər xəsarət alıb
Canlı yayıma hazırlaşan jurnalistin telefonu oğurlandı
18:23 31.07.2025
Canlı yayıma hazırlaşan jurnalistin telefonu oğurlandı
Bu ölkə Avropa Birliyinə çağırış etdi: İsrail Qəzzadakı öhdəliklərini yerinə yetirmir
18:12 31.07.2025
Bu ölkə Avropa Birliyinə çağırış etdi: İsrail Qəzzadakı öhdəliklərini yerinə yetirmir
Türkiyədə qadın ilk dəfə briqada generalı oldu
18:11 31.07.2025
Türkiyədə qadın ilk dəfə briqada generalı oldu
Tibb elmi ŞOKDA: Dünyanın ən qoca körpəsi 31 yaşında doğuldu
18:00 31.07.2025
Tibb elmi ŞOKDA: Dünyanın ən qoca körpəsi 31 yaşında doğuldu
İran Prezidenti: Azərbaycanla əlaqə qura bilməməyin təqsiri bizdədir
17:59 31.07.2025
İran Prezidenti: Azərbaycanla əlaqə qura bilməməyin təqsiri bizdədir
“Unibank”dan 0% komissiyalı kredit fürsəti – cəmi 2 gün!
17:51 31.07.2025
“Unibank”dan 0% komissiyalı kredit fürsəti – cəmi 2 gün!
Füzulidə yük maşını evakuatorla toqquşdu - VİDEO
17:50 31.07.2025
Füzulidə yük maşını evakuatorla toqquşdu - VİDEO
Bakı-Qazax yolunun bu hissələrində təmir aparılacaq - Sürücülərin nəzərinə!
17:46 31.07.2025
Bakı-Qazax yolunun bu hissələrində təmir aparılacaq - Sürücülərin nəzərinə!
Yayın istisində işıqsız qalan Binə sakinləri: "Problem nə zaman həll olunacaq?"
17:33 31.07.2025
Yayın istisində işıqsız qalan Binə sakinləri: "Problem nə zaman həll olunacaq?"
Sabahdan Bakı-Qazax yolunda avtomobillərin hərəkəti mərhələli məhdudlaşdırılacaq
17:30 31.07.2025
Sabahdan Bakı-Qazax yolunda avtomobillərin hərəkəti mərhələli məhdudlaşdırılacaq
Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosiasiyasına yeni baş katib təyin olundu
17:29 31.07.2025
Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosiasiyasına yeni baş katib təyin olundu
Dövlət Xidməti: Çoxuşaqlı analara əlavə məzuniyyət verilməsində pozuntu halları çoxdur
17:15 31.07.2025
Dövlət Xidməti: Çoxuşaqlı analara əlavə məzuniyyət verilməsində pozuntu halları çoxdur
Pezeşkian: Ölkəmizdə ciddi su böhranı var
16:48 31.07.2025
Pezeşkian: Ölkəmizdə ciddi su böhranı var