""Sovetski"dəki məscidin söküntüsü müvəqqəti dayandırıldı" - İcra başçısı

""Sovetski"dəki məscidin söküntüsü müvəqqəti dayandırıldı" - İcra başçısı
SOSİAL
16:23 12.04.2017
4457
"Sovetski"dəki məscidin sökülməsi ilə bağlı dindarlarla icra hakimiyyəti arasında gedən danışıqlar başa çatıb. 

Yasamal rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev jurnalistlərə bildirib ki, söküntü müvəqqəti olaraq dayandırılıb. 

Məscidin başqa yerə köçürülməsi gündəmdə olan məsələdir. 

Onlar yeni məscidin tikilməsi üçün Qafqaz Müsəlmanları İdarəsinə və Dini Qurumlar üzrə Dövlət Komitəsinə müraciət etdikdən sonra Bakı şəhər İcra hakimiyyəti məscidin tikiləcəyi yerlə bağlı qərar verməlidir.
 
///istipress
OXŞAR XƏBƏRLƏR