Fransa Senatının Konstitusiya Komissiyası, aşağı palatada qəbul edilən qondarma erməni soyqırımının inkarını cinayət hesab edən qanun layihəsinin Senatın gündəliyinə çıxarılmamasını nəzərdə tutan təklifi qəbul edib.
AZXEBER.COM Türkiyənin "Milliyyet" qəzetinə istinadən xəbər verir ki, bu gün keçirilən səsvermədə 29 millət vəkili təklifin lehinə, 9 nəfər əleyhinə səs verib. 8 nəfər isə bitərəf qalıb. Beləliklə, qanun layihəsi "qəbul edilə bilməz" hesab olunub.
ANS PRESS CNN Türk-ə istinadən xəbər verir ki, təklifin qəbul edilməsi qanun layihəsinin Senatın ümumi yığıncağına çıxarılmayacağı mənasını vermir. Belə ki, qərara baxmayaraq təklif 23 yanvarda Senatın gündəliyinə gətiriləcək, ancaq son səsvermədən öncə qanun layihəsi ilə bağlı yuxarıdakı təklif səsverməyə çıxarılacaq. Təklif qəbul edilərsə, qanun layihəsi müzakirəyə çıxarılmadan gündəmdən düşəcək.