““Soyqırımını” inkar qanununun qəbul edilməsi üçün senatorlara təzyiq var”
Bütün Xəbərlər
12:08 21.01.2012
1368
“Nikolas Sarkozinin UMP partiyası və Fransua Hollandın sosialist partiyası erməni “soyqırımını” inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin senatda qəbul edilməsi üçün senatorlara təzyiq göstərirlər”. Bunu türklərə yaxınlığı ilə tanınan fransız senator Natali Qule Türkiyənin “Doğan” xəbər agentliyinə (DHA) verdiyi məlumatda deyib. Xanım Qule yanvarın 23-də keçiriləcək səsvermənin sadəcə formal xarakter daşıdığını, qanunun böyük ehtimalla qəbul ediləcəyini deyib.