Rusiyanın Ukraynada qalib gəlməkdən başqa variantı yoxdur.
Bunu Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib.
O, Rusiya Silahlı Qüvvələrinin Ukraynada vacib ərazilərdə aktiv müdafiəni davam etdirdiyini və inamla hərəkət etdiyini söyləyib.
Qeyd edək ki, bu gün Rusiya prezidenti Vladimir Putinin Şimali Koreya lideri Kim Çen Inla danışıqları baş tutub. Danışıqlarda müdafiə naziri Sergey Şoyqu da iştirak edib.