Soyunan qıza ölüm hökmü verdilər - FOTOLAR

MARAQLI
13:00 17.04.2013
12136

Tunisdə qalmaqallı FEMEN təşkilatının üzvü ölüm hökmündən qaçıb, gizlənə bilib.

Vətənində çılpaq fotoya görə ölüm hökmünə məhkum edilmiş 19 yaşlı tunisli tələbə Amina Tayler ev həbsindən qaça bilib. FEMEN təşkilatının nümayəndəsinin dediyinə görə, indi Amina özünü yaxşı hiss edir və etibarlı yerdə gizlədilib.

Xatırladaq ki, 2013-cü ilin martında Amina Tayler sinəsində “Mənim bədənim mənə məxsusdur və heç kimin namusu deyil” sözlərini yazdıraraq çılpaq foto çəkdirmiş və fotoları şəbəkəyə yerləşdirmişdi. Tunisin islam lideri fitva verərək qadını ölüm hökmünə məhkum etmişdi. Lider qeyd etmişdi ki, Amina daş-qalaq edilməlidir.//publika

OXŞAR XƏBƏRLƏR