İsti su ilə duş qəbul etmək vərdiş halına gəlsə də, mütəxəssislərin soyuq su ilə duş almaq tövsiyəsi böyük əhəmiyyət kəsb edir.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, fərdlər yayda və qışda duş qəbulundan imtina etmirlər. Bəzi vətəndaşlar həddindən artıq isti sudan imtina edə bilməsə də, bəziləri ilıq suya üstünlük verir.
Bununla belə mütəxəssislər soyuq su ilə duş qəbul etməyi məsləhət görüblər. Saysız-hesabsız faydaları olan soyuq duşların bədən sağlamlığı və fitnes baxımından 8 faydası var:
- Yaddaşı gücləndirir,
- Emosional dayanıqlığı artırır,
- Stressi azaldır,
- Gün ərzində canlı qalmağa imkan verir,
- İmmuniteti gücləndirir,
- Limfa dövranını artırır,
- Nəbz və qan təzyiqini aşağı salır,
- Əzələlərin bərpasını sürətləndirir.
Nəzrin