Soyuq havada infeksion xəstəliklərindən necə qorunmalı?

Soyuq havada infeksion xəstəliklərindən necə qorunmalı?
Bütün Xəbərlər
14:15 07.11.2011
1813
AZXEBER.COM-un Kəpəz TV kanalına istinadən verdiyi məlumata görə, günəşli hava şəraitinin soyuq və yağışlı hava ilə əvəzlənməsi istər böyüklər, istərsə də uşaqlarda bir sıra xəstəliklərin meydana gəlməsi ilə müşahidə edilir. Belə olan halda isə insanlar arasında bir sıra infeksion və digər bu kimi xəstəliklər baş qaldırır. Qeyri-sabit hava şəraitində insanlar arasında ən çox qrip, paraqrip, faringit, adenovirus, bronxo pnevmaniya, müxtəlif angenalar meydana gəlir. İnsanlar isə bu xəstəliklərdən özlərini qorumaq məqsədilə həm qida rasionlarına, həm də geyimlərinə diqqət yetirməlidilər. Əhalinin sıx olduğu yerlərdə, ətraf mühitlə təmasda daha ehtiyatlı olmalıdılar.“Havalar soyuduqda immunitet aşağı düşür, eləcə də, viruslar var ki, mənfi dərəcədə aktivləşirlər. Daha doğrusu soyuq havada onların çoxalması müşahidə edilir. Belə vaxtı insanlar özlərini qorumaq üçün müəyyən tədbirlər görməlidilər. Müqavimətin qaldırılması məqsədilə meyvə - tərəvəzlərdən daha çox istifadə edilməlidir. Soyuqdan qorunmaq üçün qalın paltarlar geyinilməlidir”- deyə Gəncə şəhərinin baş infeksionisti İradə Dəmirova bildirib.Böyüklərlə yanaşı soyuq və yağışlı havada uşaqlarda da bir sıra xəstəliklər nəzərə çarpır. Baş infeksionist uşaqlara qarşı profilaktik tədbirlərin həyata keçirilməsi məqsədilə dördqat tənzifdən hazırlanmış maskalardan istifadəni də vacib sayır. İradə Dəmirova əlavə edib ki, asqırma və öskürmə zamanı viruslar 2 metrə qədər məsafədən ətrafdakıları yoluxdura bilir. Valideynlər mütləq uşaqlarını bu infeksiyalar haqqında da marifləndirməlidilər.“Uşaqlarda bildiyimiz kimi tez-tez yuxarı tənəffüs yollarının xəstəlikləri, anginalar, qrip, adenavirus və s. bu kimi xəstəliklər meydana gəlir. Uşaqlara tapşırmaq lazımdır ki, bayırda təsadüfi qidalardan istifadə etməsinlər. Soyuq şəkildə sulardan az istifadə etsinlər. Bu, onlara qəti qadağandır” - Gəncə şəhərinin baş infeksionisti İradə Dəmirova belə deyib.Həkim qripin ilkin əlamətləri olan zökəm, asqırma və.s hallar müşahidə olunduqda vətəndaşların özbaşına deyil, mütləq həkimə müraciət edərək müalicə olunmalarının vacibliyini də vurğulayıb. Belə xəstəliklərin ağırlaşması gələcəkdə meningit və pnevmaniyaların yaranmasına da səbəb ola biliər. Müsahibimiz qapalı yerlərdə, otaqda, ofisdə havanın tez-tez dəyişdirilməsinin gərəkdiyini və qalın paltarların çıxarılmasının gərəkdiyini bildirib. Çünki bədən istiyə öyrənib daha sonra soyuq havaya çıxdıqda zəifləyir və daha tez xəstələnməyə məruz qalır.
OXŞAR XƏBƏRLƏR