Soyuq havadan bezənlərə şad xəbər

Soyuq havadan bezənlərə şad xəbər
Bütün Xəbərlər
13:23 24.04.2013
1510

Sabahdan Azərbaycanda hava mülayimləşəcək, temperatur bir neçə dərəcə yüksələcək.

Bu barədə AZXEBER.COM-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Məlumata görə, aprelin 25-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər Bakı və Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli az yağış yağacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Bakıda gecə 6-10, gündüz 15-20 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında isə aprelin 25-də hava əsasən yağmursuz olacaq, ayrı-ayrı yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək. Gecə 5-10, gündüz 20-25, bəzi yerlərdə 27 dərəcə isti olacağı gözlənilir. Məlumata görə, ümumiyyətlə yaxın 2-3 gün ərzində Azərbaycan ərazisində temperatur getdikcə yüksələcək. Qeyd edək ki, son 10 gündə Azərbaycanda qeyri-sabit hava şəraiti hökm sürür. Temperatur 2-3 dərəcə aşağıdır.

OXŞAR XƏBƏRLƏR