Mayın 7-si günün ikinci yarısından mayın 10-dək respublikanın rayonlarında temperatur rejiminin aşağı enəcəyi gözlənilir. Yağmurlu hava, bəzi rayonlarda küləkli hava şəraiti sünbüllənmiş payızlıq dənli bitkilərin yerə yatmasına, təzə formalaşan meyvələrin və üzümlüklərdə hamaşçiçəklərin yerə vurulmasına səbəb ola bilər. Eyni zamanda gözlənilən yağıntılar torpağın nəmliliyini artıracaq, həm tarla bitkilərində, həm də meyvə və üzüm bağlarında inkişafa müsbət təsir göstərəcək.Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında mayın 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən axşam və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 18-23 dərəcə isti olacaq.