Kanal “Bu zalım dünyada doğulma!” serialını tamaşaçılara qeyri-adi üsulla təqdim edəcək.
Xəbər verdiyimiz kimi, Azərbaycan telekanallarında əcnəbi serialların yayımı üçün Milli Televiziya və Radio Şurasının (MTRŞ) qoyduğu müddət bu gün başa çatır.Sabahdan ölkə telekanallarında əcnəbi serialların yayımı dayandırılacaq.
Etibarlı mənbədən AZXEBER.COM-a daxil olan məlumata görə, hazırda kanallar bu qərarla bağlı böyük təlaşa düşüblər. Hətta “Space” televiziyası Azərbaycanda böyük kütlənin marağını özündə cəlb edən “Bu zalım dünyada doğulma!” serialını fərqli formatda təqdim edəcək.
Kanal, sabahdan etibarən “Kim haqlıdır?” adlı televiziya layihəsinə başlayır. Mənbənin sözlərinə görə, həftə içi hər gün “Bu zalım dünyada doğulma!” serialının saatında yayımlacaq verilişin aparıcısı Mikayıl Güləddinoğludur.
Verilşin formatı isə, sırf serialın üzərində qurulub. Verilişdə, Amaci və Siyanın azərbaycanlı vəkilləri olacaq. Hər verilişdə serialın yeni bölümündən sujetlər veriləcək və burada kimin haqlı olub-olmaması müzakirə ediləcək. Tamaşaçılar da burada aktiv iştirak edə biləcəklər. SMS-lər vasitəsi ilə serialın unudulmaz qəhrəmanları Amaci və ya Siyanın haqlı olub-olmamasını müəyyənləşdirəcəklər.
Qeyd edək ki, Amacinin vəkili Mehriban Xanlarova, Siyanın vəkili isə Könül Yusifqızıdır.
AZXEBER.COM portalı qarşı tərəfin də fikrini yayımlamağa hazırdı.