SPACE-dən ayrılan məşhur prodüser AZXEBER.COM-a danışdı (EKSKLÜZİV)

ŞOU-BİZNES
10:59 30.04.2011
2214

AZXEBER.COM-a eksklüziv açıqlama verən V. İsmayılzadə işdən getməsinin ciddi bir səbəbi olmadığını deyib:" "Space Tv" mənim evim idi. Sanki mən bu telekanala bağlı insanam, əslində, işdən çıxmağımın ciddi bir səbəbi yoxdur. Sadəcə anlaşmazlıq olub. Bununla bağlı müxtəlif informasiya portalları mənə zəng ediblər. AZXEBER.COM vasitəsilə fikirimi qısaca belə bildirəbilərəm ki, 12 aprel 2011-ci ildə telekanal rəhbərliyinin göstərişi ilə, qabaqcıl bir işçi olduğum üçün mənim Xəbərlər departamentinin baş prodüseri vəzifəsinə keçməyim haqqında əmr verildi. Mən uzun müddət telekanalın tərkibində incəsənət yönlü sahələrdə çalışdığım üçün, özümü xəbərlər sahəsində görə bilmədim və etirazımı bildirərək öz xahişimlə ərizəmi yazıb getdim. Rəhbərliklə münasibətim öz qaydasında olaraq qalıb”.

Onun sözlərinə görə, yeni iş təkliflərini də dəyərləndirəcək:“Hazırda ixtisasım üzrə olan sahədən iş təklifi almışam, ola bilsin bir müddət TV sahəsindən uzaqlaşa da bilərəm. Amma yenə də hər şey tam dəqiq deyil. Bir neçə televiziya kanalından təkliflər də var. Düşünəcəm. Haqqımda yayılan əsassız şayiələr - ay nə bilim qovulub, ay kimdənsə pul alırmış - bunlar hamısı boş söhbətlərdir. Bu məsələ ilə maraqlananlara ve sizə təşəkkürümü bildirirəm."

Xatırladaq ki, Vasif İsmayılzadə 2005-ci il noyabrın 1-dən 2011-ci il aprel ayının 13-ə qədər "Space Tv"də prodüser kimi fəaliyyət göstərib.

OXŞAR XƏBƏRLƏR