Space-nin aparıcısını döydülər - FOTO

Space-nin aparıcısını döydülər -  FOTO
Bütün Xəbərlər
13:12 01.05.2014
2482
Space Televiziyasının aparıcısı Mikayıl Güləddinoğlu döyüldü.
Publika.az-ın məlumatına görə, tanınmış aparıcı sözügedən telekanalın "Zəhmətkeş ulduzlar" adlı verilişinin çəkilişləri zamanı insidentlə qarşılaşıb.
Belə ki, Ağcabədi rayonunda aparılan çəkilişlər zamanı verilişdə qonaq qismində bölgəyə gedən aparıcı gənc oğlanla əlbəyaxa olub. M.Güləddinoğlu kənd camaatı arasında şeir söylədiyi zaman bir oğlan ona yaxınlaşaraq üstünə hücum edib.
Tərəfləri güclə aralayıblar. Qeyd edək ki, bu hadisə ilə bağlı rəhbərlik aparıcının bazar ertəsi canlı yayımlanan “Sevimli şou” verilişinin yayımına icazə verməyib.
OXŞAR XƏBƏRLƏR