"Space TV"də yenilik: Köhnə verilişlər bərpa olunur

"Space TV"də yenilik: Köhnə verilişlər bərpa olunur
SOSİAL
22:09 29.07.2026
200
"Space TV"də yeni layihələrin reallaşdırılması panlaşdırılır.

Bunu "Real TV"də yayımlanan "Media masası" verilişində "Space TV"nin baş direktoru Ayaz Mustafayev deyib.
 
"Kontentlə bağlı planlar var. Köhnə layihələr əsasında daha müasir, gənc auditoriyanın baxa biləcəyi layihələr üzərində iş gedir", - o bildirib və əlavə edib ki, sentyabrın sonları, oktyabrın əvvəllərində yeni verilişlər yayımlanacaq.

Onun sözlərinə görə, telekanalda daha əvvəl yayımlanmış "Çardaq" və "Mən də varam" kimi verilişlərin bərpası gözlənilir.

/report.az
OXŞAR XƏBƏRLƏR