“Space”dən İdris Cəfərova sərt cavab gəldi - VİDEO

“Space”dən İdris Cəfərova sərt cavab gəldi - VİDEO
MEDIA
19:30 23.10.2013
3740

Teleaparıcı İdris Cəfərovun “Youtube” video portalı vasitəsi ilə “Space” telekanalının rəhbəri, dünyaşöhrətli rejissor Vaqif Mustafayev barəsində açıqlaması telekanal rəsmiləri tərəfindən kəskin qarşılanıb.

Adının çəkilməsini istəməyən telekanal rəsmilərindən biri İdris Cəfərovla bağlı ilginc açıqlamalar verib:

“Bu kişiyə yaraşan hərəkət deyil ki, hansısa bir kişinin arxasınca belə nalayiq ifadələr səsləndirsin. İdrisin yerində kim olsaydı, sakitcə qapını örtüb gedərdi. İşdən getdiyinə görə vaxtilə ona ata qayğısı göstərən, yaxşılıqlar edən rəhbərə qara yaxmazdı. Vaqif Mustafayevin İdrisə çox yaxşılıqları dəyib, atası rəhmətə gedəndə yasına gedib, gözdən şikəst oğlan idi, hər zaman ona diqqət göstərib. Ərköyün uşaq kimi ona şərait yaradılıb, istədiyi vaxt işə gəlib, istədiyi vaxt işdən gedib. Sadəcə “Bazar” verilişinin reytinqi aşağı düşdüyü üçün rəhbərlik onu başqa verilişi həvalə etdi. Onu davası da burdan başladı. Qaldı ki, telekanalın səhər verilişləri departamentinin rəhbəri Kəmalə Xəlilova barəsində danışdığı cəfəngiyyata, onunla Kəmalə xanım arasında narazılığın səbəbi qısqanclıq olub. Kəmalə xanım işinə can yandırdığına və işində məsuliyyətli olduğuna görə İdris onunla yola getməyib. Özü də Kəmalə xanım dörd aydır ki, burda işləmir. Öz seçimidir, özü bilər”.

Telekanal rəsmisi onu da bildirdi ki, bohtan xarakterli bu qara piarın arxasında kimlərsə dayanır. Məqsəd də Vaqif Mustafayevin nüfuzuna xələl gətirməkdir:

“İdrisə insanların mənəviyyatına, namusuna və qeyrətinə toxunmaq səlahiyyəti verilməyib. Sübutsuz kimisə qaralamaq və şərləməyin bədəli ağırdır. Vaxt gələcək, İdris səhvini anlayacaq. Əslində Vaqif Mustafayevə qarşı qara piyar 7 aydır ki, başlayıb”.

Qeyd edək ki, “Space” Televiziyasının hüquqlarının müdafiəçisi Əlirza Həbilov da qarşı tərəfi böhtan atdığını iddia edir və bununla bağlı açıqlama yayıb.

OXŞAR XƏBƏRLƏR