ABŞ-nin Texas ştatında "SpaceX"in "Starship" raketi sınaq uçuşundan əvvəl yaranan nasazlıq səbəbindən partlayıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, "SpaceX"in sosial media platformasında edilən açıqlamada, 10-cu uçuş sınağına hazırlaşan raketin yerli vaxtla saat 23:00 radələrində "böyük anomaliya yaşadığı" bildirilib.
Açıqlamada sınaq müddətində sahənin ətrafında təhlükəsiz ərazinin qaldığı, hadisə zamanı xəsarət alan olmadığı qeyd edilib.
Yerli mediada əks olunan görüntülərdə "Starship" raketinin qalxma platformasında nasaz olduğu və nəhəng atəş topuna çevrildiyi görünür.
Gülay