Spaletti İtaliya milliisinə rəhbərlik edəcək

İDMAN
05:44 19.08.2023
191
Luçano Spalletti futbol üzrə İtaliya milli komandasının baş məşqçisi təyin edilib.

Bu barədə İtaliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Avqustun 13-də məlum olub ki, Roberto Mançini İtaliya millisinin baş məşqçisi vəzifəsindən azad edilib, o, 2018-ci ildən milliyə rəhbərlik edib.

Spallettinin 64 yaşı var, 2021-2023-cü illərdə İtaliya çempionu olan "Napoli"yə rəhbərlik edib.
OXŞAR XƏBƏRLƏR