Spotify-ın qurucusu Daniel Ek, Almaniyanın süni intellekt əsaslı müdafiə texnologiyaları üzrə ixtisaslaşan Helsing şirkətinə 600 milyon avro sərmayə qoyub.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Ek bu addımı "Avropanın azadlığını qorumaq üçün müdafiə sahəsində müstəqillik vacibdir” sözləri ilə əsaslandırıb.
Helsing-in əsas texnologiyaları bunlardır:
Altra – Döyüş sahəsini AI ilə analiz edən çoxqatlı komanda sistemi.
HX-2 – 100 km məsafəli, sürü halında işləyə bilən zərbə dronu.
HF-1 – GPS olmadan hədəfi tanıyıb zərbə endirən kamikadze dron.
Fathom və Lura – Aylarla sualtı müşahidə aparan dronlar.
Centaur – AI ilə idarə olunan pilotsuz döyüş təyyarəsi sistemi.
Qeyd edək ki, Helsing, bir NATO ölkəsi ilə müqavilə imzalayaraq sahədə aktiv fəaliyyətə başlayıb.
Oksana