"Sputnik" Tədris Mərkəzində özbaşınalıqlar davam edir

"Sputnik" Tədris Mərkəzində özbaşınalıqlar davam edir
Bütün Xəbərlər
14:53 26.08.2015
2098
Mərkəzin rəhbərliyi şirnikləndirici elanlarla müştəri yığmağa çalışır

Şahin Əliyevi DƏMX-nin rəisi Fuad Əlizadə ilə hansı tellər birləşdirir?

Hazırda orta məktəbdə təhsil alan demək olar ki, bütün şagirdlər ya repetitor yanına, yaxud da tədris mərkəzlərinə üz tuturlar. Səbəb isə, orta məktəbdə şagirdlərə verilən təhsildən qane olmamalarıdır. Bu ilin yanvar ayında prezident İlham Əliyev tərəfindən təsdiqlənən "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planında ölkəmizdə müasir təminatlı peşə-tədris mərkəzləri və komplekslərinin yaradılacağı qeyd olunub. Plana əsasən 2015-2016-cı illər üçün yeni mərkəz və komplekslərinin yaradılması üzrə dövlət proqramı layihəsinin hazırlanması Təhsil Nazirliyi və İqtisadiyyat və Sənaye Nazirliyinə tapşırılıb.

Bununla yanaşı, 2016-cı ildə adıçəkilən dövlət proqramının təsdiq edilməsi Nazirlər Kabinetinə həvalə olunub. 2016-2024-cü illərdə peşə-tədris mərkəzlərinin və komplekslərinin yaradılması üzrə dövlət proqramının həyata keçirilməsi Təhsil Nazirliyi və İqtisadiyyat və Sənaye Nazirliyinə tapşırılıb. Qeyd edək ki, hazırda paytaxt Bakıda kifayət qədər tədris mərkəzləri fəaliyyət göstərir. Əksəriyyətinin fəaliyyəti qənaətbəxş hesab edilməsə də, reklam çarxları ilə şagirdləri özlərinə cəlb etməyi bacarırlar desək, yəqin ki, yanılmarıq. Təbii ki, sözümüzün canı var. Belə ki, bu günlərdə redaksiyamıza daxil olan şikayət mövzuya toxunmağımıza səbəb oldu. Sözü uzatmadan qeyd edək ki, daxil olan şikayət Hüseyn Cavid prospekti 558, 30-cu məhəllədə yerləşən "Sputnik" Tədris Mərkəzindəndir. Şikayətə keçməzdən öncə qeyd edək ki, "Sputnik" Tədris Mərkəzinin abituriyentləri cəlb etmək üçün hazırladığı elanda qeyd olunur ki: "SPUTNIK Tədris Mərkəzi abituriyentlər üçün yüksək səviyyəli hazirlıq kurslarını təşkil edir. Dərsləri aparan müəllimlər xüsusu testlər vastəsi ilə kursa qəbul olunur və dərs keçmək hüququ qazanır. Bütün qruplar üzrə abituriyentlərə 5 fənn paketi təklif olunur. Fənn paketinə hər ixtisas qrupuna aid olan 5 fəndən dərslər və xüsusi endirimlər aiddir. Dərslər ixtisaslı müəllimlər tərəfindən aparılır. Hər ayın sonu mövzu üzrə test sınaq imtahanları və valideyin iclasları keçrilir. Müəllimlərlə valideyinlər arasında hər zaman əlaqə yaradılır. Bütün tədris ili müddətində usaqlara xüsusi psixoloji semnarlar təşkil olunur. Kursda olan bütün sinif otaqlarına kameralar vasitəsi ilə nəzarət olunur. Kursa qəbul olmaq istəyən abituriyentlər kursa gələrək qeydiyyatdan keçib bizim tələbəmiz ola bilərlər". Qeyd edək ki, yolu tədris mərkəzindən keçən hər kəs elanda qeyd olunanların əksini deyir. Belə ki, tədris mərkəzində heç də tələbə adını qazanmağa yardımçı olmadıqları, eyni zamanda mərkəzdə çalışan müəllimlərin işlərinin öhdəsindən də lazımi qaydada gələ bilmədikləri vurğulanır. Bundan başqa, daxil olan məlumatda qeyd olunur ki, Şahin Əliyev vergidən yayınmaq üçün müxtəlif üsullara əl atır. Əsasən isə, Vergilər Nazirliyində çalışan birinin adından istifadə edir. Məlumatda qeyd olunur ki, Şahin Əliyev artıq neçə aydır ki, mərkəzdə çalışan müəllimlərin maaşlarını vermir. Bundan başqa, müəllimləri işə götürən zaman onlarla əmək müqaviləsi də bağlanmır. Bundan başqa, əsas məqam kimi isə, Şahin Əliyevin Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) rəisi Fuad Əlizadə ilə qohumluq əlaqələri olduğu deyilir. Elə bu səbəbdən də, özünə bu qədər arxayın olduğu qeyd olunur. Həmçinin elə Fuad Əlizadənin onu himayə etdiyi də qeyd olunan məqamlardandır. Bu barədə gələn saylarımızda ətraflı söhbət açacağıq.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. 

/// Gündəlik Bakı qəzeti

OXŞAR XƏBƏRLƏR