"Sputnik V" effektivdir və özünü doğruldur - Rusiyalı nazir

SAĞLAMLIQ
19:34 06.07.2021
1102
Rusiyanın "R-Farm" əczaçılıq şirkətinin istehsal etdiyi və Azərbaycana tədarük edilən "Sputnik V" koronavirus vaksini effektivdir və özünü doğruldur.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, bunu Rusiyanın səhiyyə naziri Mixail Muraşko deyib.

Onun sözlərinə görə, bu vaksin insanları koronavirus infeksiyasının xroniki fəsadlarından qoruya bilər.

Nazir əlavə edib ki, Rusiyada 6 min stasionar peyvənd məntəqəsində gün ərzində 850 minədək şəxs vaksinlənir.

OXŞAR XƏBƏRLƏR