Xəbər verdiyimiz kimi, polisin "Sputnik Azərbaycan” agentliyinin ofisində (Rusiyanın "Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Bakıdakı filialı) keçirdiyi əməliyyat zamanı saxlanılanlar var.
Daxili İşlər Nazirliyinin (DİN) əməliyyatı zamanı Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin ( FTX) bu agentlikdə çalışan 2 əməkdaşı saxlanılıb.
AZXEBER.COM xəbər verir ki, saxlanılan əməkdaşın ofisdən çıxarkən görüntüləri REAL TV-də canlı yayımda nümayiş etdirilib.
Həmin anları təqdim edirik: