ÜST açıqladı: Hər il 8,7 milyon insan bu səbəbdən ölür

SAĞLAMLIQ
14:08 01.08.2023
482
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hər il 8,7 milyon insanın tütün istifadəsi səbəbindən dünyasını dəyişdiyini açıqlayıb. 

AZXEBER.COM xəbər verir ki, ÜST-nın qlobal tütün epidemiyası ilə bağlı 9-cu hesabatı dərc olunub. 

Tütün istifadəçilərinin təxminən yarısının öldüyü bildirilən hesabatda "Tütün hər il 8 milyondan çox insanı öldürür. Bunlara passiv şəkildə ikinci tüstüyə məruz qalan 1,3 milyon siqaret çəkməyən insan daxildir”, - deyə bildirilib.

Açıqlamada bildirilir ki, dünyada 1,3 milyard tütün istifadəçisinin təxminən 80%-i orta və aşağı gəlirli ölkələrdə yaşayır.

Ayşən

OXŞAR XƏBƏRLƏR