ÜST daha yoluxucu COVID-19 tipinin aşkarlandığını bildirib

SAĞLAMLIQ
12:13 20.12.2020
839
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) keçən həftə Böyük Britaniyada aşkarlanan daha yoluxucu COVID-19 tipi barədə danışıb.

AZXEBER.COM Trend-ə istinadən bildirir ki, ÜST öz "Twitter" hesabında yeni SARS-CoV-2 koronavirus ştammını şərh edib.

Təşkilat bidirib: "Yeni tip COVID-19 ilə bağlı Böyük Britaniyanın rəsmi şəxsləri ilə sıx təmasdayıq. Məlumat və təhlil nəticələri və davam edən tədqiqatları bölüşməyə davam edəcəklər. Bu tip virusların xüsusiyyətləri və nəticələri barədə daha çox məlumat əldə etdikdə üzv-dövlətləri və ictimaiyyəti məlumatlandıracağıq".

OXŞAR XƏBƏRLƏR