ÜST-dən Hindistanda yayılan ştamla bağlı açıqlama

ÜST-dən Hindistanda yayılan ştamla bağlı açıqlama
SAĞLAMLIQ
10:36 11.05.2021
430
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun Hindistanda sürətlə yayılan üçqat mutasiya etmiş "B.1.617” ştammını narahatlıq doğuran variant adlandırıb.

Bu barədə ÜST-ün COVID-19 üzrə texniki mütəxəssisi Mariya van Kerkhove bildirib.

O əlavə edib ki, tədqiqatlar "B.1.617” ştammının koronavirusun ilkin variantından daha sürətlə yayıldığını göstərib. Bundan başqa qeyd olunub ki, vaksinlər bəzi hallarda bu ştamma qarşı təsirsiz ola bilər.

Mariya van Kerkhove buna rəğmən, vaksinlərin hələ də effektiv hesab olunduğunu bildirib.
 
///Report
OXŞAR XƏBƏRLƏR