ÜST koronavirusun JN.1 variantını sürətli yayılmasına görə BA.2.86-dan ayrı nəzarət edilməli olan variant kimi təsnif edib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, ÜST-nın verdiyi yazılı açıqlamada bildirilib ki, əldə edilən məlumatlara əsasən, JN.1 variantının hazırda qlobal ictimai sağlamlıq üçün yaratdığı risk aşağı hesab olunur.
"Buna baxmayaraq, şimal yarımkürəsində qışın başlaması ilə JN.1 bir çox ölkələrdə respirator infeksiyaların yükünü artıra bilər”, - deyə məlumatda deyilir.
Açıqlamada ÜST-nin məlumatları daim nəzarətdə saxladığı və lazım gəldikdə JN.1 risk qiymətləndirməsini yeniləyəcəyi vurğulanıb.
Xatırladılıb ki, hazırkı Covid-19 vaksinləri JN.1 və SARS-CoV-2-nin digər dövriyyədə olan variantlarının yaratdığı ciddi xəstəlik və ölümdən qorunmağa davam edir.
Açıqlamada infeksiyalara və ciddi xəstəliklərə qarşı tədbir görülməsinə çağırış edilib və ehtiyat tədbirləri arasında insanların sıx olduğu, qapalı və ya zəif havalandırılan yerlərdə maska taxmaq, mümkün qədər təhlükəsiz məsafə saxlamaq, əlləri mütəmadi olaraq yumaq, yeniliklərdən xəbərdar olmaq daxildir.
Mikayıl