Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus ÜST-nin həftəlik mətbuat konfransında cari sağlamlıq problemləri ilə bağlı qiymətləndirmələr edib.
AZXEBER.COM xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Adhanom Qebreyesus qış mövsümündən əvvəl Covid-19 yoluxmalarının həyəcanlandıran artım olduğunu, Yaxın Şərq və Asiyanın bəzi bölgələrində ölüm hallarının olduğunu, Avropada reanimasiyaya qəbulların artdığını bildirib.
Qebreyesus vurğulayıb ki, ÜST-nin Covid-19 ilə bağlı əldə etdiyi məlumat məhduddur, yalnız 43 ölkə (ÜST-yə üzv ölkələrin dörddə birindən az) ÜST-ə ölümlər, 20 ölkə isə xəstəxanaya yerləşdirilmələr barədə məlumat verib.
Qlobal miqyasda dominant Covid-19 variantının olmadığını qeyd edən Qebreyesus "Eris” adlı EG.5 variantının artdığını qeyd edib.
Covid-19-un BA.2.86 variantının 11 ölkədə aşkar edildiyini bildirən Qebreyesus ÜST-nin onun yoluxuculuğunu və potensial təsirini qiymətləndirmək üçün bu variantı yaxından izlədiyini bildirib.
Qebreyesus qış mövsümündən əvvəl şimal yarımkürəsində Covid-19 yoluxmalarının həyəcanlandıran bir artım olacağına diqqət çəkib.
Ayşən