Ümumdünya Səhiyyə Təşkilatı yeni virus variant ilə bağlı xəbərdarlıq edib.
AZXEBER.COM xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Ghebreyesus Covid-19-un daha təhlükəli variantının ortaya çıxma riskinin davam etdiyini bildirərək, bunun hadisələrin və ölümlərin sayının qəfil artmasına səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
Ümumdünya Səhiyyə Təşkilatının Baş Direktoru Ghebreyesus ÜST-nın həftəlik mətbuat konfransında Covid-19-un 3 ay əvvəl beynəlxalq əhəmiyyətli ictimai səhiyyə fövqəladə halı kimi sona çatdığını, lakin bunun qlobal sağlamlıq təhlükəsi olaraq qaldığını açıqladığını xatırladıb.
Həmin tarixdən bu yana qlobal miqyasda bildirilən Covid-19 yoluxmaları və ölüm hallarının azalmasının davam etdiyini qeyd edən Ghebreyesus ÜST-ə məlumat verən ölkələrin sayında da azalmanın olduğunu bildirib.
ÜST bu gün "Eris” variantı ilə bağlı yeni hesabat dərc edib. Hesabata görə, əvvəllər "müşahidə altında olan variant" olan və statusu "izləmə variantı" olaraq dəyişdirilən "Eris”in yayılmasında davamlı artım müşahidə olunur.
Mövcud sübutlara əsasən, "Eris”in yaratdığı ictimai sağlamlıq riski, digər mövcud Covid-19 variantları üçün risk kimi "qlobal miqyasda aşağı" kimi qiymətləndirilib.
Qeyd edilib ki, "Eris”in xüsusiyyətlərindən asılı olaraq qlobal miqyasda yayıla və yoluxmaların artmasına səbəb ola bilər.
Ayşən