ÜST: “İllər sonra vərəm halları artıb”

SAĞLAMLIQ
16:22 28.10.2022
607
Ümumdünya Səhiyyə Təşkilatı vərəmə yoluxma hallarının illər keçdikcə artdığını bildirib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, qurumun verdiyi yazılı açıqlamada 2021-ci ildə dünya üzrə 10 milyondan çox insana vərəm diaqnozunun qoyulduğu, 2020-ci ilə nisbətən 4,5 faiz artdığı qeyd edilib.

Açıqlamada ötən il 1,6 milyon insanın vərəmdən öldüyü, 450 mindən çox insanın dərmana davamlı vərəm diaqnozunun qoyulduğu vurğulanıb.

Məlumat verilib ki, vərəmə yoluxanların sayı 2020-ci ilə qədər davamlı olaraq azalsa da, 2021-ci ildən artmağa başlayıb.

Bəyanatda rəyi yer alan Vərəm Birliyinin sədri Dr. Mel Spigelman qeyd edib ki, profilaktik müalicə sahəsində irəliləyiş əldə olunsa da, dünya hələ də vərəmlə mübarizə məqsədlərindən geri qalır.

Günel

OXŞAR XƏBƏRLƏR