ÜST-nin Avropa bürosunda həyəcan: “omikron” və “delta” ştamları sürətlə yayılmaqdadır

ÜST-nin Avropa bürosunda həyəcan: “omikron” və “delta” ştamları sürətlə yayılmaqdadır
SAĞLAMLIQ
21:30 16.02.2022
716
ÜST-nin Avropa regionuna daxil olan altı ölkədə (Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Rusiya və Ukrayna) son iki həftədə COVID-19-a yeni yoluxma hallarının sayı iki dəfədən çox artıb.

AZXEBER.COM AZƏRTAC-a istinadən bildirir ki, ÜST-nin Avropa regionu üzrə direktoru Hans Klüge xəbərdarlıq edib: indi öz səmərəsini sübut etmiş tədbirləri ləğv etmək vaxtı deyil.

Onun sözlərinə görə, COVID-19 ölümsaçan xəstəlikdir. Təkcə keçən həftə ərzində regionun 25 mindən çox sakini koronavirusa yoluxma nəticəsində vəfat edib. Səhiyyə sistemlərinin yükü artıb. Bunun əsas səbəbi odur ki, tibb işçiləri arasında da xəstələnmə halları artır. Ötən ilin sonunda tibbi heyət arasında xəstələnmə hallarının sayı 30 min olduğu halda, bir aydan sonra bu rəqəm 50 minə çatıb.

Doktor Klügenin sözlərinə görə, xəstəliyin ağırlaşmasından və ölümdən qorunmanın ən yaxşı vasitəsi yenə vaksinasıyadır. Bu, hazırda yayılmaqda olan COVID-19 virusu variantlarının hamısına aiddir. Yüksək risk qrupuna daxil olan insanların çoxu hələ də müdafiə olunmayıb: Bosniya və Herseqovina, Bolqarıstan, Qırğızıstan, Özbəkistan və Ukraynada yaşı 60-dan yuxarı olan insanların COVID-19-a qarşı tam vaksinasiya kursu keçənlər 40 faizdən azıdır. Bolqarıstan, Gürcüstan və Şimali Makedoniya da tibb işçilərinin 40 faizdən azının COVID-19-a qarşı azı bir doza vaksin qəbul etdiyi ölkələr sırasına daxildir. Doktor Klüge deyib: "Mən ölkələrin hökumətlərini, səhiyyə orqanlarını və müvafiq tərəfdaşları vaksinlərə tələbatın azalmasına və yerli səviyyədə vaksinlərin əhali tərəfindən qəbul edilməməsinə gətirib çıxaran səbəbləri diqqətlə təhlil etməyə, yerli şəraitin xüsusiyyətləri nəzərə alınmaqla vaksinasiya səviyyəsini təcili artırmaq üçün müvafiq tədbirlər hazırlamağa çağırıram".

ÜST səhiyyə sistemlərinin elmi cəhətdən əsaslandırılmış müalicə metodlarının tətbiqinə hazırlığını təmin etməyə çağırır. Doktor Klüge deyib: "Eyni zamanda, bir daha bildirmək istəyirəm ki, ümidsizliyə qapılmaq lazım deyil". Bu nikbinlik bir neçə amil ilə bağlıdır: xəstəliyin keçirilməsi və vaksinləmə nəticəsində immunitetin artması; qış mövsümünün başa çatması, habelə vaksinasiya olunmuş şəxslər "omikron" ştamına yoluxduqda xəstəliyin nisbətən yüngül keçməsi.

İndiyə qədər Azərbaycanda 752.605 koronavirus infeksiyasına yoluxma və bu səbəbdən 9.105 ölüm faktı qeydə alınıb.

Azərbaycanda tətbiq edilmiş vaksinlərin ümumi sayı 12.549.963, o cümlədən birinci mərhələdə vurulmuş vaksinlərin sayı 5.270.596, ikinci mərhələdə 4.766.430, "buster" dozalarının ümumi sayı 2.512.937-yə bərabərdir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xankəndidə sürət yarışına çıxan sürücülər məsuliyyətə cəlb edildi
13:52 12.09.2025
Xankəndidə sürət yarışına çıxan sürücülər məsuliyyətə cəlb edildi
Verilişi bağlandı deyilən aparıcıdan AÇIQLAMA
13:33 12.09.2025
Verilişi bağlandı deyilən aparıcıdan AÇIQLAMA
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
13:20 12.09.2025
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
13:18 12.09.2025
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
13:16 12.09.2025
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
12:48 12.09.2025
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
12:47 12.09.2025
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
12:41 12.09.2025
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
12:38 12.09.2025
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
12:36 12.09.2025
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
12:23 12.09.2025
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
12:05 12.09.2025
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm
11:51 12.09.2025
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm
Polis paytaxtda vətəndaşların əmlakını talayan şəxsləri saxladı
11:50 12.09.2025
Polis paytaxtda vətəndaşların əmlakını talayan şəxsləri saxladı
Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - RƏSMİ
11:50 12.09.2025
Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - RƏSMİ
"Azərbaycan bölməsinin şagirdləri rus bölməsindən daha yaxşı nəticə göstərib"
11:40 12.09.2025
"Azərbaycan bölməsinin şagirdləri rus bölməsindən daha yaxşı nəticə göstərib"