ÜST: Son 28 gündə dünyada COVID-19-a yoluxma 63% artıb

SAĞLAMLIQ
14:32 23.08.2023
608
Ümumdünya Səhiyyə Təşkilatı son 28 gündə dünyada COVID-19 hadisələrinin 63% artdığını bildirib.

AZXEBER.COM xəbər verir ki, bu barədə ÜST-nin həftəlik epidemioloji hesabatında deyilir.

Qeyd edilib ki, iyulun 17-dən avqustun 13-dək 1,4 milyon yoluxma halı qeydə alınıb.

Əlavə edək ki, yaranmış vəziyyətlə əlaqədar artıq Bayden administrasiyası amerikalıları COVID-ə qarşı peyvənd olmağa çağırıb.

"Kaliforniya, Nyu-York və Corciya məcburi maska rejimi tətbiq etməyə başlayır”, - deyə ABŞ mediasının yaydığı məlumatda deyilir.

OXŞAR XƏBƏRLƏR