Dünyada koronavirusa yoluxanların sayı 6,7 milyon nəfərə çatıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.
ÜST-ün məlumatına görə, son sutkada dünyada COVID-19-a 137 minə yaxın yoluxma qeydə alınıb. Bununla yanaşı, pandemiya qurbanlarının ümumi sayı 400 minə çatır.
"Son sutkada dünyada koronavirusa 136 409 yoluxma qeydə alınıb, 4 586 nəfər ölüb. Bununla da dünyada koronavirusa yoluxanların sayı 6 799 713 nəfərə çatıb. Pandemiya qurbanlarının ümumi sayı 397 388 nəfər təşkil edir”, - deyə təşkilatın xəbərində bildirilir.