Böyük Britaniya bölgədə vəziyyətin gərginləşməsi fonunda Yaxın Şərqdəki bazasına əlavə döyüş təyyarələri yerləşdirəcək.
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Kir Starmer bildirib.
Baş nazir Kanadada G7 sammitinə gedən təyyarənin göyərtəsində jurnalistlərə deyib: "Biz bölgəyə qüvvələr, o cümlədən qırıcı təyyarələr yerləşdiririk. Bu, təcili kömək göstərmək üçündür".