Statistika Komitəsində seminar keçirildi

Statistika Komitəsində seminar keçirildi
Bütün Xəbərlər
16:45 03.07.2013
774
Dövlət Statistika Komitəsində (DSK) BMT-nin İnkişaf Hesabları tərəfindən maliyyələşdirilən “Minilliyin inkişaf məqsədlərinin monitorinqi üçün statistik və təşkilatlararası bacarıqların gücləndirilməsi” layihəsi çərçivəsində seminar keçirilib. Seminarda BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) Statistika şöbəsinin, Dövlət Statistika Komitəsinin, İqtisadi İnkişaf, Təhsil, Ekologiya və Təbii Sərvətlər, Rabitə və informasiya nazirliklərinin, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin nümayəndələri iştirak ediblər.UNECE-nin MDG üçün metaməlumatlara dair yeni təlimatı, Azərbaycanda MDG-nin monitorinqi üçün istifadə olunan metaməlumatların qiymətləndirilməsi və seçilən milli göstəricilərə dair konkret nümunələrə dair təcrübələrin təqdimatlarından ibarət olub.Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev seminarın gündəliyinə daxil edilən məsələlərin aktuallığını qeyd edərək hər kəsi müzakirələrdə daha fəal olmağa çağırıb.BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) statistika şöbəsinin mütəxəssisi xanım Jessica Gardner BMTAİK-in yeni təlimatı olan “Minilliyin inkişaf məqsədləri və digər göstəricilər üçün metaməlumatlara dair təlimat”ına dair geniş təqdimatla çıxış edib.Daha sonra Taeke Gjaltema “İnkişafı izləmək üçün məlumatların müəyyənləşdirilməsi” mövzusu üzrə ətraflı məlumat verib.Seminarda Dövlət Statistika Komitəsinin Keyfiyyətin idarə olunması və informasiya texnologiyaları şöbəsinin müdiri Qasım Əliyev 2009-cu ildən bu günədək “Minilliyin İnkişaf Məqsədləri” göstəriciləri üzrə məlumatların Komitəmizin rəsmi internet səhifəsində respublika və onun iqtisadi rayonları üzrə yerləşdirilməsi barədə məlumat verib.
OXŞAR XƏBƏRLƏR