Statusunuza nə yazsaz, "Facebook" onu verəcək

Statusunuza nə yazsaz, "Facebook" onu verəcək
Bütün Xəbərlər
12:37 27.03.2011
1797

Dünyanın ən iri sosial şəbəkəsi "Facebook" yeni tarqet reklam sistemini işə salıb. Bu sistem real zamandakı reklamdır.

Məsələn, əgər "Facebook"un hansısa istifadəçisi statusunda "Pitsa yeməyi düşünürəm" yazarsa, praktiki olaraq dərhal onun səhifəsində pitsa və ya başqa fast-fud reklamı peyda olacaq.

"Facebook" yeni sistemini istifadəçilərinin təxminən 1 faizi üzərində sınaqdan keçirmək niyyətindədir.

Xatırladaq ki, "Facebook"da qeydiyyatdan keçənlərin sayı artıq 600 milyonu keçib.

OXŞAR XƏBƏRLƏR